Ermənistanda hərbçilər arasında kütləvi dava olub

   Ermənistanda hərbçilər arasında kütləvi dava olub
  08 İyul 2021    Oxunub:831
Ermənistan ordusunun Gorus rayonunda yerləşən hərbi hissələrinin birində hərbi qulluqçular arasında kütləvi dava olub.
Azvision.az bu ölkə KİV-lərinə istinadla xəbər verir ki, yayılan məlumatlarda spirtli içki qəbul edən bir neçə hərbi qulluqçu arasında axşam saatlarında başlayan mübahisənin sonradan kütləvi davaya çevrildiyi bildirilib. Davaya hərbi qulluqçu Narik Abelyanın xidmət yoldaşlarına qarşı nalayiq hərəkətləri səbəb olub.

Dava nəticəsində bir neçə hərbçi müxtəlif dərəcəli xəsarətlər alıb. Q.Avetisyan soyadlı hərbçi isə hospitala yerləşdirilib.

Azvision.az


Teqlər: Ermənistan   Ordu  





Xəbər lenti