"Azərbaycanlılar dövlətin nə olduğunu və onu necə qoruyacaqlarını bilirlər"- Aqababyan

  10 İyul 2021    Oxunub :1515
   "Azərbaycanlılar dövlətin nə olduğunu və onu necə qoruyacaqlarını bilirlər"- Aqababyan
Ermənistanın Strateji Araşdırmalar Mərkəzinin rəhbəri Alvina Aqababyan ölkəsinin ağır durumundan, və hakimiyyətin aciz siyasətindən gileylənib.
Azvision.az xəbər verir ki, bu barədə yerli media məlumat yayıb. Aqababyan vətənini Azərbaycanla müqayisə apararaq hərbi məsələlərdə hələ də xeyli geri qalmalarına işarə vurub:

Ermənistan XİN-də növbəti "təmizləmə": 26 səfir geri çağırılır
“Müharibədən sonrakı 8 ay ərzində Azərbaycan artıq Qarabağ bölgəsində 4-5 hərbi hissə açıb. Belə çıxır ki, onlar dövlətin nə olduğunu və onu necə qoruyacağını bilir və "min illik" tarixi, "zəngin" dövlətçilik təcrübəsi olan, Romadan belə qədim paytaxta sahib Ermənistan isə köçərilər kimi davranır".

Tural Tağıyev
Azvision.az

Teqlər:   Ermənistan   Azərbaycan   Dövlət  






Xəbər lenti