Moldovada növbədənkənar parlament seçkiləri keçirilir

Moldovada növbədənkənar parlament seçkiləri keçirilir
  11 İyul 2021    Oxunub:1069
Moldovada növbədənkənar parlament seçkilərinə səsvermə başlayıb.

Azvision.az xəbər verir ki, Moldova Mərkəzi Seçki Komissiyasının mətbuat katibi Rodika Sirbu TASS-a bildirib ki, saat 07: 00-da səsvermə başlayıb. Ölkədə 2000 seçki məntəqəsi açılıb. Səsvermə prosesini 2 min 400-dən çox müşahidəçi izləyəcək.

Seçkinin təhlükəsizliyini və asayişi təmin etmək üçün 6 mindən çox polis əməkdaşı cəlb olunub.

Qeyd edək ki, 1000-dən çox deputatlığa namizəd 101 mandatlı parlament uğrunda mübarizə aparır.

Şahanə Rəhimli
Azvision.az



Teqlər: Moldova   seçki  





Xəbər lenti