Azərbaycan Qırğızıstana 40 min doza peyvənd göndərdi

   Azərbaycan Qırğızıstana 40 min doza peyvənd göndərdi
  17 İyul 2021    Oxunub:825
Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin tapşırığına əsasən koronavirus infeksiyasının yayılmasına qarşı mübarizə məqsədilə Qırğız Respublikasına humanitar yardım göndərilib.
Azərbaycanın Qırğız Respublikasındakı Səfirliyindən Azvision.az -a verilən məlumata görə, iyulun 16-da 40 min doza AstraZeneca peyvəndini daşıyan təyyarə Qırğızıstanın “Manas” Beynəlxalq Hava Limanında eniş edib.

Yükü Azərbaycan tərəfdən - Azərbaycanın Qırğız Respublikasında Səfirliyinin diplomatları, Qırğızıstan tərəfdən - xarici işlər nazirinin müavini Əzizbek Madmarov, Səhiyyə və Sosial İnkişaf Nazirliyinin stats-katibi Japarkul Taşiyev və Respublika İmmunoprofilaktika Mərkəzinin direktoru Gülbara İşenapisova qəbul ediblər.

Azvision.az


Teqlər: Azərbaycan   Qırğızıstan  





Xəbər lenti