Müdafiə naziri: "Məsuliyyət Ermənistanın üzərinə düşür"

    Müdafiə naziri:    "Məsuliyyət Ermənistanın üzərinə düşür"
  19 İyul 2021    Oxunub:1236
Ermənistan-Azərbaycan dövlət sərhədindəki gərginliyin artırılmasına görə məsuliyyət Ermənistanın üzərinə düşür.
Azvision.az xəbər verir ki, bunu Azərbaycanın müdafiə naziri Zakir Həsənov xidməti müşavirədə deyib.

Nazir Ermənistan silahlı qüvvələrinin ehtimal olunan təxribatlarının qarşısının alınması ilə əlaqədar komandir-rəis heyətinə göstərişlər verib.

Mühəndis-istehkam işləri və qoşunların mühəndis təminatı tədbirləri ilə maraqlanan general-polkovnik Z. Həsənov xidməti-döyüş fəaliyyətinin təkmilləşdirilməsi ilə bağlı müvafiq tapşırıqlar verib.

Azvision.az



Teqlər: Müdafiə-Nazirliyi  





Xəbər lenti