"Biz münaqişədən sonrakı dövrün ağrısız keçməsi əzmindəyik" - Prezident

   "Biz münaqişədən sonrakı dövrün ağrısız keçməsi əzmindəyik" -    Prezident
  20 İyul 2021    Oxunub:784
Prezident İlham Əliyev regionda münaqişədən sonrakı vəziyyətə daimi diqqətinə, çox vacib və həssas məsələlərin həllində şəxsən iştirakına görə Rusiya Prezidentinə təşəkkürünü bildirib.
Azvision.az xəbər verir ki, Azərbaycan Prezidenti İlham Əliyev Rusiya Prezidenti Vladimir Putin ilə görüşdə hərbi əməliyyatlardan sonrakı təmaslar barədə danışıb.

Dövlətimizin başçısı deyib: “Ötən səkkiz ay ərzində, zənnimcə, yanvar ayında Moskvada şəxsən görüşümüz və telefon söhbətlərimiz vəziyyətin sabitləşdirilməsi işində çox mühüm rol oynayıb. Biz qətiyyətlə münaqişədən sonrakı dövrün maksimum ağrısız keçməsi əzmindəyik. Düşünürəm ki, ümumi səylərimizlə buna nail olacağıq”.

Azvision.az



Teqlər: İlham-Əliyev  





Xəbər lenti