"Peyvənd olunan xəstələr süni tənəffüs aparatına qoşulmayıb" - Teymur Musayev

   "Peyvənd olunan xəstələr süni tənəffüs aparatına qoşulmayıb" -    Teymur Musayev
  22 Avqust 2021    Oxunub:1777
"Hal hazırda vaksinasiya olunmalı əhalimizin 35 faizi peyvənd olunub". Azvision.az xəbər verir ki, bunu Səhiyyə Nazirinin birinci müavini Teymur Musayev Real Tv-yə müsahibəsində deyib.
O bildirib ki, bu gün ölkə əhalisinin 350 mini koronavirusa yoluxub.

"Kütləvi immuniteti 65-70 faizə yaxınlaşdırsaq, yoluxmanın qarşısını ala bilərik. Unutmayaq ki, bu gün xəstəxanalara yerləşdirilənlərin 96 faizi, reanimasiyada yatanların 98 faizi peyvənd olunmayanlardır. Peyvənd olunanların heç biri reanimasiyada süni tənəffüs aparatına qoşulmayıb. İnsanları peyvənd olunmağa çağırıram ki, yenidən ağır və çətin günləri yaşamasınlar".

Aytən Zəhra
Azvision.az



Teqlər: Peyvənd  





Xəbər lenti