Bayden ABŞ-ın Əfqanıstandakı missiyasının uzadılacağını istisna etməyib

  24 Avqust 2021    Oxunub :766
   Bayden ABŞ-ın Əfqanıstandakı missiyasının uzadılacağını  istisna etməyib
Prezident Co Bayden G7 toplantısında ABŞ-ın Əfqanıstandakı missiyasının uzadılacağını istisna etməyib.
Azvision.az daxil olan məlumata görə, “New York Times” nəşri rəsmi mənbəyə istinadən xəbər verir ki, ABŞ Prezidenti Jo Bayden G7 toplantısında avqustun 31-ə qədər Amerika əsgərlərini Əfqanıstandan çıxarmaq niyyətində olduğunu söyləyib, ancaq ABŞ -ın bu ölkədəki missiyasının uzadılacağını istisna etməyib.

"Administrasiyanın yüksək vəzifəli şəxsinin dediklərinə görə, Bayden terror hücumu riskininin yüksək əsas gətirərək, 31 avqust tarixinə qədər ABŞ əsgərlərini Əfqanıstandan çıxarmaq niyyətində olduğunu söyləyib. Ancaq prezident missiyanın uzadılmasının mümkün olduğunu da bildirib", - qəzet yazır.

Nadir Quliyev
Azvision.az

Teqlər: Bayden   Əfqanıstan  







Xəbər lenti