Azərbaycan Paralimpiya Oyunlarında ilk medalını qazanıb

  26 Avqust 2021    Oxunub :627
   Azərbaycan Paralimpiya Oyunlarında ilk medalını qazanıb
Azərbaycan Tokio-2020 XVI Yay Paralimpiya Oyunlarında ilk medalını qazanıb.
Bu barədə Azvision.az Azərbaycan Respublikası Milli Paralimpiya Komitəsinə istinadən xəbər verir.
Pauerliftiq idman növü üzrə milli komandanın üzvü Pərvin Məmmədov (49 kq) 156 kq ağırlıq qaldıraraq, yarışın bürünc medalını qazanıb.

"Sevincimin həddi, hüdudu yoxdur. Bu, dünənə qədər mənim üçün yuxu kimi idi. Çox sevinirəm ki, Tokioda bayrağımızı ucalda bildim. Məşqçimizlə əziyyət çox əziyyət çəkdik. Şükür Allaha, əziyyətimiz yerdə qalmadı", - deyə Pərvin Məmmədov bildirib.



Azvision.az

Teqlər: Tokio  







Xəbər lenti