Professor: "Uğursuz əməliyyatdan narazı qalanlar Səhiyyə Nazirliyinə müraciət etməlidir"

      Professor:  "Uğursuz əməliyyatdan narazı qalanlar Səhiyyə Nazirliyinə müraciət etməlidir"
  02 Sentyabr 2021    Oxunub:801
"Uğursuz cərrahi əməliyyatdan narazı qalan vətəndaşlar Səhiyyə Nazirliyinə rəsmi qaydada müraciət etməlidir".
Azvision.az xəbər verir ki, bunu Azərbaycan Tibb Universitetinin (ATU) ümumi cərrahiyyə kafedrasının müdiri, Tədris Cərrahiyyə Klinikasının ümumi cərrahı, Səhiyyə Nazirliyinin baş cərrahı, professor Elçin Ağayev bildirib.

"Belə müraciətlərimiz var. Əmin ola bilərsiniz ki, daxil olan hər müraciət həssaslıqla araşdırılaraq, lazımi tədbirlər görülür. Düşünürəm ki, qeyd olunan problemlərin aradan qaldırılması mümkündür və Səhiyyə Nazirliyinin cərrahiyyə üzrə baş mütəxəssisi kimi bu problemlərin həlli istiqamətində əlimdən gələnləri etməyi borcluyam", - o qeyd edib.

Azvision.az


Teqlər: Əməliyyat  





Xəbər lenti