"Taliban müharibə cinayətləri törədir" - Saleh

"Taliban müharibə cinayətləri törədir" -    Saleh
  03 Sentyabr 2021    Oxunub:1446
Əfqanıstanın keçmiş vitse-prezidenti, müqavimət qüvvələrinin liderlərindən biri Əmrulla Saleh BMT-ni və dünya liderlərini “Taliban”ın cinayətkar, terrorçu fəaliyyətinə diqqət yetirməyə çağırıb.
Azvision.az xəbər verir ki, bu barədə o, Tvitterdə bildirib.

Salehin sözlərinə görə, taliblər Pəncşirə gələn humanitar yardımları bloklayıb, telefon xətləri, elektrik enerjisi, tibbi vasitələr kəsilib. İnsanlar sadəcə az miqdarda nağd pul daşıya bilərlər. Əsgərlik yaşına çatmış pəncşirli oğlanları isə mina tarlasını təmizləmək üçün bir vasitə kimi istifadə edirlər.

"Biz isə ötən 23 il ərzində “Taliban”ın xəstəxanadan istifadəsini əngəlləməmişik. Onlar müharibə cinayətləri törədirlər. BMT və dünya liderlərini bu cinayətlərə və terror fəaliyyətinə diqqət yetirməyə çağırırıq”, - o qeyd edib.

Pərvanə Sultanova
Azvision.az



Teqlər: Əfqanıstan   Əmrulla-Saleh  





Xəbər lenti