Hikmət Hacıyev İranın Azərbaycandakı səfiri ilə görüşüb - FOTO

 Hikmət Hacıyev İranın Azərbaycandakı səfiri ilə görüşüb -    FOTO
  13 Sentyabr 2021    Oxunub:853
Azərbaycan Respublikası Prezidentinin köməkçisi, Prezident Administrasiyası xarici siyasət məsələləri şöbəsinin müdiri Hikmət Hacıyev İran İslam Respublikasının Azərbaycandakı fövqəladə və səlahiyyətli səfiri Seyid Abbas Musəvi ilə görüşüb.
Azvision.az -ın məlumatına görə, Hikmət Hacıyev görüşlə bağlı tviter səhifəsində paylaşım edib.

“Bizi ziyarət etdiyiniz üçün sizə təşəkkür edirəm. Həqiqətən də gündəlikdəki ikitərəfli məsələlər üzrə səmərəli müzakirələr apardıq və gələcək perspektivləri nəzərdən keçirdik”, deyə Prezidentin köməkçisi vurğulayıb.



Azvision.az


Teqlər: Hikmət-Hacıyev  





Xəbər lenti