Balkanda barıt qoxusu: Serbiya Kosovayla sərhədə zirehli texnika yığır

      Balkanda barıt qoxusu:    Serbiya Kosovayla sərhədə zirehli texnika yığır
  28 Sentyabr 2021    Oxunub:1179
Balkan yarımadasında yeni gərginlik yaranıb. Serbiya ordusu bir həftədir barrikadaların qurulduğu Kosovo ilə sərhəddəki "Yarine" keçid məntəqəsinə doğru yaxınlaşıb.
Azvision.az xəbər verir ki, bu barədə hadisə yerindən reportaj hazırlayan "RTS" nəşri məlumat yayıb. Qeyd edilir ki, Serbiya ordusuna məxsus hərbçilər "Yarine"dən cəmi 2 kilometr məsafadə yolda görünüb. əraziyə toplanan hərbi bölmələrdə "Lazar" və "Miroş" zirehli maşınları müşahidə edilib. Hətta bəzi məlumatlara görə, ağır zirehli maşınların Kosovo ilə sərhədə dirənməsi haqqında informasiyalar da yayılıb.

Söhbət T-72MS tanklarından gedir. Eyni zamanda, son üç gündə Serbiya ordusunun Miq-29 qırıcıları və Mi-35 döyüş helikopterləri həmin ərazinin üzərində uçuşlar edib.



Qeyd edək ki, artıq Serbiya və Kosovo sərhədində yerləşən "Yarine" Nəzarət-buraxılış məntəqəsinə NATO-nun rəhbərlik etdiyi beynəlxalq missiyanın hərbi nümayəndələri cəlb edilib. Misiyada ABŞ, Kanada və Polşadan hərbçilər yer alır.

Xatırladaq ki, sərhəddəki gərginlik bu ilin 19 sentyabrından etibarən nömrə qalmaqalından sonra başlayıb.



Tural Tağıyev
Azvision.az



Teqlər: Kosova   Serbiya  





Xəbər lenti