BDU-nun qarşısında sıxlığın səbəbi açıqlandı - FOTOLAR

BDU-nun qarşısında sıxlığın səbəbi açıqlandı -    FOTOLAR
  29 Sentyabr 2021    Oxunub:1582
Ali və orta-ixtisas təhsili müəssisəsində dərslər başlayıb. Tələbələr universitetətə daxil olarkən onların COVID pasportunun olması yoxlanılır. Nəticədə ali təhsil müəssisələrinin qarşısında sıxlıq yaranıb ki, bu da tələbələrin narazılığına səbəb olub.
Belə bir sıxlıq Bakı Dövlət Universitetinin qarşısında da müşahidə edilib. Universitetin İctimaiyyətlə əlaqələr və informasiya şöbəsinin müdiri Günel Orucəliyeva Azvision.az -a açıqlamasında bildirib ki, Bakı Dövlət Universitetində tələbələrin sayının çoxluğu, həmçinin birinci kursların ilk dərs gününə valideynləri və yaxınları ilə gəlmələri binanın qarşısında izdihamın yaranmasına səbəb olub:
“Mühafizəçilərimizin universitet ərazisindən kənara nəzarət etməyi demək olar ki, mümkün deyil. Amma hər bir korpusda və fakültələrdə tələbələrin vaksin pasportunun olub -olmaması fərdi qaydada yoxlanılır, sosial məsafənin gözlənilməsinə riayət edilir".

























Aytən Zəhra
Foto:Anar Bayramlı

Azvision.az



Teqlər: Universitet  





Xəbər lenti