Azay Quliyev seçicilər ilə görüş keçirib - FOTO

Azay Quliyev seçicilər ilə görüş keçirib -    FOTO
  29 Sentyabr 2021    Oxunub:965
Bu gün deputat Azay Quliyev Naxçıvani küçəsi, 8 saylı binanın həyətində seçiciləri ilə görüş keçirib.
Azvision.az xəbər verir ki, görüşdə iştirak edən seçicilər binaların həyətində vətəndaşların istirahəti və asudə vaxtlarının səmərəli keçirilməsi üçün müvafıq şəraitin yaradılması, kommunal, məşğulluq və əfv məsələləri ilə bağlı onları narahat edən problemlər haqqında deputata müraciətlərini çatdırıblar.

Görüşdə iştirak edən mərkəzi və yerli icra hakimiyyət orqanlarının nümayəndələri, o cümlədən rayon bələdiyyəsinin rəhbəri seçicilərin qaldırdığı məsələlərin həlli ilə bağlı konkret qərarlar qəbul ediblər.

Deputat vətəndaşları narahat edən digər məsələlərin də araşdırılıb həllini tapması ilə bağlı müfaviq addımların atılacağını bildirib.

Görüşdə Binəqədi rayon İcra Hakimiyyəti başçısının 1 saylı SİƏD üzrə nümayəndəsi Mübariz Məmmədov, Binəqədi bələdiyyəsinin sədr müavini Toğrul Babayev, Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Sosial Xidmətlər Agentliyinin 2 saylı Binəqədi və Nərimanov rayon şöbəsinin müdiri Cahandar Axundov və 4 saylı Bakı Ərazi Məşğulluq Mərkəzinin şöbə müdiri Emin Mustafayev iştirak edib.




Azvision.az



Teqlər: Azay-Quliyev   Görüş  





Xəbər lenti