"Paşinyan Tonoyana vəzifə söz verib həbsə atdı"- "Hraparak"

  30 Sentyabr 2021    Oxunub :375
   "Paşinyan Tonoyana vəzifə söz verib həbsə atdı"-   "Hraparak"
İkinci Qarabağ müharibəsi zamanı Ermənistanın müdafiə naziri olmuş David Tonoyanın həbsə atılması cəmiyyətdə bir sıra suallar doğurub. Yerli media kapitulyasiya aktından bir il keçməsinə baxmayaraq eks-nazirin yalnız indi sorğu-suala çəkilməsini müəmmalı məqam kimi qiymətləndirir.
Azvision.az xəbər verir ki, "Hraparak" Tonoyanla bağlı maraqlı bir məqamı üzə çıxarıb. Nəşr iddia edir ki, əslində baş nazir Nikol Paşinyan Tonoyanı "məhşər ayağı"na çəkməzdən öncə ona vəzifə təklif edibmiş.

- David Tonoyan, baş qərargah rəisinin müavini Stepan Qaltsyan, keçmiş hərbi aviasiya rəisi Avetik Muradyanla bağlı xəbərlər böyük rezonans doğurdu. Cəmiyyətimizdə bəziləri hadisələrin bu cür inkişaf edəcəyini əvvəldən gözləyirdi. Çünki "tapdıq və cəzalandırdıq" tamaşalarının sayı azalmışdı. Müharibənin ildönümündə yeni tamaşalara ehtiyac var idi.

Dünən bütün günü aidiyyəti orqanlar məlum hadisələri şərh etmədilər. Yalnız axşam saatlarında Baş qərargahın mətbuat katibi Stepan Qalstyanın Milli Təhlükəsizlik Xidmətinə çağırılması faktını təsdiqlədi. Tonoyanın başına gələnlər isə onun dostlarını xüsusilə məyus etdi...

"Bu həmin Tonoyandır ki, yeni ərazilər ələ keçirəcəyi ilə fəxr edirdi"- Hoxikyan
"Bizə dedilər ki, bir müddət əvvəl Nikol Paşinyan Tonoyanı qəbul edərək ona vəzifə təklif edəcəyini söz veribmiş. Hansı ki, eks-nazir istefa verdiyi gündən bəri bunu gözləyirdi. Günlər keçdi, baş nazir keçmiş nazirlə əlaqə qurmamaq üçün yeni görüşünü təxirə salmağa başladı. Və dünən nəhayət Tonoyanın qapısını Milli Təhlükəsizlik Xidməti döydü"-, nəşr yazıb.

Qeyd edək ki, dünən axşam saatlarında Ermənistanın hüquq-mühafizə orqanlarının əməkdaşları keçmiş müdafiə naziri David Tonoyanın evində axtarışlar aparıblar. "Hraparak"ın yaydığı məlumata görə Tonoyan hələlik açıqlanmayan hərbi məsələlərdə ittiham olunur. Bu proseslərlə paralel olaraq keçmiş hərbi aviasiya rəisi Avetik Muradyan və Baş qərargah rəisinin müavini Stepan Qalstyanın da mənzillərində axtarışlar aparılıb.

Xatırladaq ki, bir neçə gün öncə MTX Silahlı Qüvvələrin aviasiya idarəsinin keçmiş rəisinə qarşı cinayət işi açıb. Yüksək rütbəli ordu məmuru yararsız vəziyyətə düşmüş, istifadə müddəti başa çatmış raketləri tədarük etməkdə ittiham olunub.

Tural Tağıyev
Azvision.az

Teqlər:   Paşinyan   Tonoyan   Həbs   Ermənistan  







Xəbər lenti