Qaxda ev yandı

Qaxda ev yandı
  24 Mart 2014    Oxunub:864
Ötən gün axşam saatlarında Qax rayonu ərazisində yanğın hadisəsi qeydə alınıb. Fövqəladə Hallar Nazirliyinin Qax DYMH-nin verdiyi məlumata əsasən, yanğın Qax rayonu, Ləkit kənd sakini Həsrətov Bədrəddin Hacıbəy oğluna məxsus ümumi sahəsi 112 kv.m olan birmərtəbəli 2 otaq və aynabənddən ibarət evdə baş verib.

AzVision.az Kanal S-ə istinadən xəbər verir ki, nəticədə, evin 1 otağının tavanı 4 kv.m yanıb. Evin qalan hissəsi yanğından mühafizə olunub. Yanğın saat 20:10 radələrində yanğınsöndürənlər tərəfindən söndürülüb. Hadisənin dəqiq olaraq hansı səbəblərdən baş verdiyi araşdırılır.


Teqlər:





Xəbər lenti