Pandemiyanın ömrünə az qalıb - ÜST-dən müsbət proqnoz

 Pandemiyanın ömrünə az qalıb -  ÜST-dən müsbət proqnoz
  11 Oktyabr 2021    Oxunub:912
Ümumdünya Səhiyyə Təşkilatının (ÜST) baş elmi işçisi Sumya Svaminatan koronavirusla mübarizə yolunun 60 faizinin keçildiyini bildirib.
Azvision.az xarici KİV- lərə istinadən xəbər verir ki, ÜST-ün təmsilçisi bu kontekstdə koronavirus pandemiyasının tezliklə sona çatacağına və bəşəriyyətin normal həyat tərzinə qayıdacağına inandığını deyib. Lakin buna daha tez çatmaq naminə Sumya Svaminatan əhalini virusun mutasiyasından qorunmaq üçün peyvəndlənmə prosesini sürətləndirməyə çağırıb.

ÜST-ün məlumatına görə, pandemiya başlayandan bəri dünyada 236 milyondan çox insan koronavirus infeksiyasına yoluxub. Onlardan 4,8 milyonunun həyatını xilas etmək mümkün olmayıb.

Azvision.az


Teqlər: Pandemiya   ÜST  





Xəbər lenti