Türkiyədə İranın casus şəbəkəsi ifşa edilib - VİDEO

 Türkiyədə İranın casus şəbəkəsi ifşa edilib -  VİDEO
  13 Oktyabr 2021    Oxunub:1148
Türkiyənin Van vilayətində ikisi İran vətəndaşı olmaqla 8 nəfər casusluqda şübhəli bilinərək yaxalanıb.
Azvision.az bu barədə "Anadolu" agentliyinə istinadən xəbər verir.

Məumata görə, Türkiyənin Milli Kəşfiyyat Təşkilatının (MİT) Daxili İşlər Nazirliyi ilə birgə keçirdiyi əməliyyat nəticəsində qrup üzvləri saxlanılıb. Onlar keçmiş iranlı hərbçini qaçaq yolla öz ölkəsinə keçirmək istəyiblər. Bu məqsədlə Vanda 30 min dollarlıq büdcə ilə şəbəkə yaratmağa cəhd ediblər.

Qrup üzvləri keçmiş hərbçinin qaçırma əməliyyatına dəstək üçün iranlı kəşfiyyatçıların verdiyi təlimat üzrə onun həyat yoldaşına da təzyiq göstəriblər. Belə ki, ona 10 min dollar pul təklif edilib, dəstək verməyəcəyi təqdirdə isə İrandakı ailəsi ilə təhdid olunub.


Azvision.az



Teqlər: Türkiyə   İran  





Xəbər lenti