Xəstəxanadan 11 yaşlı ana ilə bağlı açıqlama

   Xəstəxanadan 11 yaşlı ana ilə bağlı açıqlama
  29 Oktyabr 2021    Oxunub:991
İmişlidə hamilə olan 11 yaşlı qızla bağlı tibb müəssisəsindən açıqlama verilib.
Respublika Klinik Xəstəxanasının hamiləlik patologiyası şöbəsindən AzVision.az - a bildirilib ki, uşaq qeysəriyyə əməliyyatı ilə dünyaya gəlib:

"Ananın vəziyyəti yaxşıdır, uşaq isə 30-31 həftəlikdir. Hazırda uşaq neonotologiya şöbəsindədir, vəziyyəti qənaətbəxş deyil".

Qeyd edək ki, hüquq-mühafizə orqanlarından verilən məlumata görə, azyaşlının ailəsi hamiləliklə bağlı xəstəxanaya müraciət edib.

Faktla bağlı İmişli Rayon Prokurorluğunda cinayət işi də başlanılıb.

Aytən Zəhra
AzVision.az


Teqlər: Xəstəxana  





Xəbər lenti