Baş katib: "İƏT PA Azərbaycanın atdığı addımları alqışlayır"
Baş katib təbrik məktubunda qeyd edib ki, İslam Əməkdaşlıq Təşkilatına üzv dövlətlərin Parlament Assambleyası artıq tarixə qovuşmuş həmin münaqişədə daim Azərbaycanın yanında olub, konfranslarında onun haqlı mövqeyini dəstəkləyən bəyanatlar verib. Vurğulayıb ki, ölkəmizin haqlı mövqeyini dəstəkləyən BMT Təhlükəsizlik Şurası da həmin münaqişə ilə bağlı qətnamələr qəbul edərək Ermənistanı özünün silahlı qüvvələrini Azərbaycan ərazisindən çıxarmağa çağırıb.
Muhammed Xurayçi Niyas bölgədə sülhün bərqərar olması istiqamətində Azərbaycan tərəfindən atılan addımları alqışladıqlarını bildirib. Uca Allahdan Azərbaycanda sülhün və sabitliyin hökm sürməsini, xalqımızın bolluq və firavanlıq içində yaşamasını dilədiklərini vurğulayıb.
AzVision.az