"Dünya bu istiqamətdə lazımi addımlar atmalıdır" - Keçmiş nazir

  "Dünya bu istiqamətdə lazımi addımlar atmalıdır" -  Keçmiş nazir
  04 Noyabr 2021    Oxunub:712
"İqlim dəyişmələri dünya qarşısında duran ən vacib məsələlərdən biridir".
AzVision.az -ın məlumatına görə, bunu İsrailin keçmiş xarici işlər naziri Tzipi Livni VIII Qlobal Bakı Forumu çərçivəsində “Sülh, təhlükəsizlik və insan haqları: Yeni erada” mövzusunda panel müzakirələri zaman deyib.

O qeyd edib ki, dünya bu istiqamətdə lazımi addımlar atmalıdır:“Kim bu məsuliyyəti öz üzərinə götürəcək? Düşünürəm ki, biz özümüz bunun qarşısını almalıyıq. Biz öz yanaşmalarımızı müəyyənləşdirməliyik, qlobal istiləşməyə qarşı hansı tədbirlər görəcəyimizi müəyyən etməliyik”.

AzVision.az


Teqlər:





Xəbər lenti