“Erməni məhkumların heç bir şikayətləri yoxdur” - Səbinə Əliyeva

   “Erməni məhkumların heç bir şikayətləri yoxdur” -    Səbinə Əliyeva
  06 Noyabr 2021    Oxunub:507
“Ombudsman Aparatının əməkdaşları tərəfindən Azərbaycanın işğaldan azad edilmiş ərazilərinə Ermənistan tərəfindən yerləşdirilmiş, mülki şəxslərə və hərbi qulluqçularımızın həyat və sağlamlığına qarşı törətdikləri cinayətlərin qarşısının alınması zamanı saxlanılaraq istintaqa təhvil verilmiş, terror cinayəti törətməkdə təqsirləndirilərək məhkəmə hökmü ilə həbs edilən erməni məhkumlara mütəmadi olaraq baş çəkilir”.
Bunu AzVision.az -a açıqlamasında Azərbaycan Respublikasının İnsan Hüquqları üzrə Müvəkkili (Ombudsman) Səbinə Əliyeva deyib.

Onun sözlərinə görə, məhkum edilən ermənilərin saxlanma şəraiti, tibbi yardımı və digər məsələləri daim diqqətdə saxlanılır: "Ombudsman aparatının əməkdaşları onları ziyarət edib, heç bir şikayətləri yoxdur".

Aytən Zəhra
AzVision.az


Teqlər: Erməni   Məhkum  





Xəbər lenti