“Qarabağda sabitliyi pozan üçüncü qüvvələr var” – Ukraynalı politoloq (müsahibə)

   “Qarabağda sabitliyi pozan üçüncü qüvvələr var” –    Ukraynalı politoloq (müsahibə)
  17 Noyabr 2021    Oxunub:1663
“Vəziyyət gərgin olaraq qalır. Partlayış üçün bir qığılcım kifayətdir. Genişmiqyaslı münaqişəyə çevrilə biləcək təxribatı təşkil edən hər kəs Ermənistanın və Azərbaycanın maraqlarına zidd hərəkət edən təxribatçıdır. Hər iki tərəf hərbi əməliyyatların başlamasına görə qarşı tərəfi günahlandırır. Ancaq təxribatı üçüncü tərəfin təşkil etməsi də tamamilə mümkündür”.
Bu sözləri AzVision.az -a açıqlamasında siyasi ekspert Aleksandr Dudçak deyib. O, bildirib ki, Paşinyan və komandasının hərəkətlərini “düşünülmüş” adlandırmaq mümkün deyil:

- Bir ara Paşinyan bəyan edirdi ki, “Rusiya Ermənistanın təhlükəsizliyinin real təminatçısı sayıla bilməz” və Qərbdən kömək diləyirdi. Buna baxmayaraq, xarici təhlükələri dərk edən Ermənistan KTMT-də qaldı. Azərbaycan Qarabağda hərbi əməliyyatlara başlayandan sonra Qərb heç də qeyri-adi nəsə edərək, Ermənistana yardım göstərmədi. Rusiya isə münaqişəni dayandırmaq üçün əlindən gələni etdi. Ola bilsin ki, indiki təxribat da Rusiyanı Qafqazdakı müharibəyə sürükləmək cəhdidir.
Təəssüf ki, regionda sabitliyin pozulmasından və hərbi əməliyyatların yenidən başlamasından faydalanan xarici qüvvələr var. Onlar həm erməni, həm də Azərbaycan xalqının nümayəndələrini terrorçuluğa sövq edə bilərlər. İki xalqı bir-birinə qarşı qoymaqla üçüncü tərəf mənfəət əldə edir və Rusiya da daxil olmaqla, hər kəsə ziyan dəyir.
“Ermənistanda revanşistlərin gəcələyi yoxdur” - Aleksandr Perenciyev (Eksklüziv)

- Sizcə, Ermənistanda revanşist qüvvələr hakimiyyətə qayıda bilərmi?
- Baş nazirin simasında Ermənistanın hazırkı rəhbərliyinin hərəkətləri Paşinyanı hakimiyyətə gətirən klassik “rəngli çevriliş” dövründən bu respublikanın sabit və dinc inkişafını istəyənlərdə çaşqınlıq və məyusluq yaradıb. Ermənistana da Azərbaycan kimi sülh və sabitlik lazımdır. Silahlı münaqişənin yeni mərhələsinə yalnız xarici sifarişi yerinə yetirənlər təkan verə bilərlər.
Mən sabitləşməyə, Ermənistanla Azərbaycan arasında normal mehriban qonşuluq münasibətlərinin bərpasına ümid etmək istərdim. Təəssüf ki, xaricdən körüklənən sülh prosesini pozmaq cəhdlərinə davamlı müqavimət göstərmək üçün əlavə səylərə ehtiyac var. Hələ ki Rusiya sülhməramlılarının iştirakı olmadan regionda sabit sülhü təsəvvür etmək çətindir. Yerli sakinlərdə qarşılıqlı iqtisadi əlaqələrlə gücləndirilmiş “sülh vərdişi” yaradılmalıdır.

- Son illər Ermənistanda anti-Rusiya əhval-ruhiyyəsi xeyli güclənib. Bu yaxınlarda İrəvanda “Milli Demokratik Qütb” (keçmiş terror təşkilatı “Sasna Srer”) ultra-radikal millətçi hərəkatının Rusiya əleyhinə mitinqi keçirilib. Rusiya əleyhinə demarşlar Ermənistanı hara aparır?
- Anti-Rusiya əhval-ruhiyyəsi güclənməsə də, onu müxtəlif bəhanələrdən istifadə edərək, süni şəkildə gücləndirməyə çalışırlar. Texnologiyalar yeni deyil, biz onları keçmiş İttifaqın bir çox respublikalarında görmüşük. Rusiyaya qarşı olan ultra-radikalların, xüsusən də qərbpərəstlərin hərəkətləri Ermənistanın özünə ziyan vurur, lakin cəmiyyətin ümumi əhval-ruhiyyəsini bütövlükdə onlarla dəyərləndirmək olmaz.

Cavad Muradov
Nadir Quliyev

AzVision.az


Teqlər:   Ermənistan   Qarabağ  





Xəbər lenti