Ankarada yaşayış binasında partlayış: ölənlər və yaralananlar var

Ankarada yaşayış binasında partlayış:    ölənlər və yaralananlar var
  19 Noyabr 2021    Oxunub:1103
Türkiyənin paytaxtı Ankara şəhərində 3 mərtəbəli yaşayış binasında partlayış baş verib.
AzVision.az Türkiyə KİV-lərinə istinadən xəbər verir ki, partlayış nəticəsində 2 nəfər ölüb, 4 nəfər xəsarət alıb.

Məlumata görə, partlayışa qaz sızması səbəb olub. Binanın bir hissəsi çöküb.

Hadisə yerinə xilasedicilər və təcili tibbi yardım briqadaları cəlb edilib. Xəsarət alanlar xəstəxanaya yerləşdirilib.

Digər təfərrüatlar barədə məlumat verilmir.



AzVision.az



Teqlər: Türkiyə   partlayış  





Xəbər lenti