"1 il sonra nəhayət ki övladımın skeletini tapdım"- Erməni əsgər anası

 "1 il sonra nəhayət ki övladımın skeletini tapdım"- Erməni əsgər anası
  24 Noyabr 2021    Oxunub:1982
İkinci Qarabağ müharibəsindən bir il keçməsinə baxmayaraq hər gün Azərbaycan ərazisindən erməni hərbçilərin cəsədlərinin qalıqları tapılır.
AzVision.azxəbər verir ki, yerli media bunu hökumətin hələ də real itkiləri gizlətməsinin ən yaxşı ifşası kimi qiymətləndirir. müxalifyönlü saytlara açıqlama verən müharibədə məhv edilmiş erməni əsgərin anası isə bu faciəvi duruma görə xalqı küçələrə səsləyib.

Suqovuşanda daha bir erməni hərbçinin cəsədi aşkarlanıb
- Oktyabrın 12-də yeganə övladım bu ədalətsiz hakimiyyətin xəyanəti nəticəsində öldü. Bir il sonra nəhayət ki, uşağımın skeletini tapdım və ona sevindim ki, daha 20 il yaşayıb övladımın harada olduğunu soruşmayacağam.

İndi mən hamını küçələrə çıxmağa səsləyirəm ki, sabah türklər İrəvana girməsin, uşaqlarımız ölməsin. 5000 günahsız övladımızın xatirinə, ölkəmiz üçün küçələrə çıxın. Əgər mənim, hər şeyini itirmiş, tək qalmış bir ananın həyatını davam etdirməyə heç bir səbəbi yoxdursa və bu gün etiraz üçün küçələrə çıxa bilmişəmsə, uşağımı hələ dəfn etməmişəmsə, DNT testi hələ də davam edirsə, deməli siz buna-etiraza borclusunuz-,əsgər anası deyib.
Qeyd edək ki, son zamanlar Ermənistanda yenidən etiraz dalğası baş qaldırıb.

Tural Tağıyev
AzVision.az



Teqlər:   Erməni   Əsgər  





Xəbər lenti