Deputatımız Yunanıstana səfər edəcək

Deputatımız Yunanıstana səfər edəcək
  22 Noyabr 2021    Oxunub:1449
Milli Məclisin ATƏT PA-da nümayəndə heyətinin rəhbəri, bu qurumun vitse-prezidenti və Cənub-Şərqi Avropa üzrə xüsusi nümayəndəsi Azay Quliyev noyabrın 22-dən Yunanıstanın Afina şəhərində səfərdə olacaq.
Milli Məclisin Mətbuat və ictimaiyyətlə əlaqələr şöbəsindən AzVision.az -a verilən məlumata görə, Səfər çərçivəsində Azay Quliyevin ATƏT PA-nın Cənub-Şərqi Avropa üzrə xüsusi nümayəndəsi mandatı çərçivəsində Yunanıstanın dövlət və hökumət rəsmiləri ilə, həmçinin yunan Parlamentində bir sıra görüşləri nəzərdə tutulur. Görüşlərdə Cənub-Şərqi Avropa regionunda parlament ölçüsü çərçivəsində dialoq və əməkdaşlığın hazırkı vəziyyəti müzakirə olunacaq.

Azay Quliyev Yunanıstanda fəaliyyət göstərən siyasi partiya rəhbərləri və Yunanıstanın ATƏT PA-dakı nümayəndə heyətinin üzvləri ilə də görüşüb qarşılıqlı maraq doğuran məsələlər ətrafında fikir mübadiləsi aparacaq. Səfər noyabrın 24-də başa çatacaq.

AzVision.az



Teqlər: ATƏT  





Xəbər lenti