Bərdədə maşın iki piyadanı vurdu, biri ölüb

Bərdədə maşın iki piyadanı vurdu,    biri ölüb
  23 Noyabr 2021    Oxunub:1346
Bərdədə ölümlə nəticələnən yol-nəqliyyat hadisəsi baş verib.
AzVision.az xəbər verir ki, hadisə rayonun H.Əliyev prospektində qeydə alınıb.

Belə ki, iki nəfər yolu keçmək istəyərkən onları "VAZ-2107" markalı minik avtomobili vurub.
1989-cu il təvəllüdlü Məmmədova Gülnar hadisə yerində ölüb, Gülməmmədova Nahidə isə Bərdə rayon Mərkəzi Xəstəxanasına çatdırılıb.

Faktla bağlı araşdırma aparılır.







AzVision.az



Teqlər: Piyada  





Xəbər lenti