Paşinyan: "Ermənistan və Azərbaycan bir-birinin ərazi bütövlüyünü tanıyıb"

Paşinyan:  "Ermənistan və Azərbaycan bir-birinin ərazi bütövlüyünü tanıyıb"
  23 Noyabr 2021    Oxunub:1231
Ermənistan və Azərbaycan MDB çərçivəsində ərazi bütövlüyünü qarşılıqlı olaraq tanıyıb.

AzVision.az "Sputnik Armenia"ya istinadən xəbər verir ki, bu barədə Ermənistanın Baş naziri Nikol Paşinyan “Facebook” səhifəsində jurnalistlərin suallarını cavablandırarkən deyib.
O bildirib ki, sərhədin demarkasiyası və delimitasiyası, kommunikasiyaların açılması ayrı-ayrı məsələlərdir və müxtəlif müzakirə üsulları tələb edir.

Ərazi bütövlüyü məsələsinə toxunan Paşinyan qeyd edib ki, 1991-ci ildə Ermənistan və Azərbaycan MDB-nin yaradılması prosesində iştirak ediblər və bəyannamə və dövlətlərarası saziş imzalayaraq ərazi bütövlüyünü qarşılıqlı şəkildə tanıyıblar.

AzVision.az




Teqlər: Azərbaycan   Ermənistan  





Xəbər lenti