“Azərbaycanla strateji tərəfdaşlıq çox uğurla inkişaf edir” - Putin

   “Azərbaycanla strateji tərəfdaşlıq çox uğurla inkişaf edir” -    Putin
  26 Noyabr 2021    Oxunub:603
“Rusiya ilə Azərbaycan arasında strateji tərəfdaşlıq çox uğurla inkişaf edir”.
AzVision.az xəbər verir ki, bunu Rusiya Federasiyasının Prezidenti Vladimir Putin Soçidə Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev ilə görüşü zamanı deyib. Onun sözlərinə görə, pandemiya şəraitinə baxmayaraq cari ilin 9 ayı ərzində Rusiya ilə Azərbaycan arasında ticarət dövriyyəsi 11 faiz artıb:

“Bu yaxşı göstəricidir. Azərbaycanda müxtəlif sahələrdə Rsusiyanın 900 şirkəti fəaliyyət göstərir, ölkə iqtisadiyyatına 4,5 milyard dollar həcmində birbaşa investisiya yatırıb”.

İlkin Nəcəfzadə
AzVision.az


Teqlər: Putin   İlham-Əliyev  





Xəbər lenti