Rus hərbçilər qar uçqununa düşüblər: 2 nəfər ölüb

   Rus hərbçilər qar uçqununa düşüblər: 2 nəfər ölüb
  21 Dekabr 2021    Oxunub:1244
Rusiyada hərbçilər təbii fəlakət nəticəsində həlak olublar.
AzVision.az xəbər verir ki, bu barədə yerli media məlumat yayıb. Fövqəladə Hallar Nazirliyinin yaydığı məlumata görə Cənubi Osetiyada iki rus hərbçisi qar uçqununun altında qalıb. Nəticədə hər iki şəxs həlak olub.

Cənub Hərbi Dairəsinin mətbuat xidmətinin rəhbəri Vadim Astafyev isə bildirib ki, dairənin 5 hərbi qulluqçusu Zaqafqaziya Dəmir Yolu portalının cənub tərəfində qar uçqunu altında qalıb.

Onlardan 3-nə ilkin tibbi yardım göstərilib, hər üç şəxsin vəziyyəti yüngül olub. Digər ikisinin isə axtarışları aparılıb. Əməliyyatda Cənub Hərbi Dairəsindən və Cənubi Osetiya Fövqəladə Hallar Nazirliyinin 20 heyəti və iki ədəd xüsusi texnikası iştirak edib.

Tural Tağıyev
AzVision.az



Teqlər:





Xəbər lenti