AZAL Almatıya reysləri ləğv edir

   AZAL Almatıya reysləri ləğv edir
  05 Yanvar 2022    Oxunub:908
"Azərbaycan Hava Yolları" QSC (AZAL) Qazaxıstanın Almatı şəhərinə həyata keçirməyi planlaşdırdığı reysləri ləğv edir.

AzVision.az - a AZAL-dan verilən məlumata görə, bu qərar Qazaxıstanda baş verən hadisələrlə əlaqədar qəbul edilib.

Bakı-Almatı marşrutu üzrə və əks istiqamətdə reyslərə bilet almış bütün sərnişinlərə biletin dəyəri tam geri qaytarılacaq və ya pulsuz yenidən rezervasiya təklif olunacaq.

Bakı-Almatı üzrə reyslər aviaşirkət tərəfindən həftənin cümə günləri, Almatı-Bakı reysi isə şənbə günləri həyata keçirilirdi.

AzVision.az



Teqlər: AZAL  





Xəbər lenti