Sürətli raketlər, Aya uçuşlar və Marsa missiyalar: 2022-ci ildə astronavtikanı nə gözləyir?
2022-ci ildə bir neçə yeni raket ilk dəfə uçmalıdır
İlk orbital uçuşu Amerikanın SpaceX şirkətinin təkrar istifadə edilə bilən “Starship” nəqliyyat sistemi həyata keçirməlidir. Ehtimal olunur ki, uçuş Boka Çika (Texas ştatı) kəndində yerləşən kosmodromdan baş tutacaq. Bundan sonra onun birinci hissəsi (Super Heavy) “Starship”dən 30 kilometr yüksəklikdə ayrılacaq və o, Meksika körfəzi sahilindən 30 kilometr uzaqda hamar eniş edəcək.
“Starship”in ikinci hissəsi Kauai adasının (Havay arxipelaqı) şimal-qərb sahilindən 100 kilometr aralıda Sakit okeana eniş edərək uçuşu tamamlayacaq. Bütün “Starship” uçuşu təxminən bir saat yarım çəkməlidir.
“Starship”i orbital uçuşa çıxarmaq üçün ilk cəhd fevral-mart aylarında ola bilər, lakin çətin ki, bu vaxta qədər sistem belə sınaqlara hazır olsun. Buna baxmayaraq, SpaceX-in rəhbəri İlon Mask iyul ayından gec olmayaraq analoji “Starship” buraxılışını həyata keçirməyi planlaşdırır.
“Starship” nəinki SpaceX-ə yüksək sürətli genişzolaqlı internetə çıxış üçün Starlink qlobal peyk sisteminin yerləşdirilməsini tez başa çatdırmağa, həm də NASA-nı Human Landing System (HLS) aya eniş modulu ilə təmin etməyə imkan verəcək.
Fevral-mart aylarında” Lockheed Martin” Orion kosmik gəmisi ilə (ekipajsız) Boeing SLS raketinin ilk buraxılışı baş tutacaq. Orion kosmosda 25 gündən çox olacaq, onlardan 6-sı ayın dairəvi orbitində olacaq. Amerikanın “Artemis 1 “missiyasının müvəffəqiyyəti Aya astronavt uçuşları üçün SLS və Orion sertifikatlaşdırmasına imkan verəcək.
İbrahim Məmmədov
AzVision.az
Teqlər: Raket