“İqla” ilə 40 milyon dollarlıq qırıcını vurdu

   “İqla” ilə 40 milyon dollarlıq qırıcını vurdu
  02 May 2022    Oxunub:675
Ukrayna hərbçiləri Rusiya hərbi texnikasını məhv etməkdə davam edir.
AzVision.az “UNIAN”a istinadən xəbər veirr ki, İzmaildən olan hərbi dənizçi Dmitri köhnə “İqla” zenit-raket kompleksnin köməyi ilə Rusiaynın Su-34 qırıcısını məhv edib.

O, qeyd edib ki, qırıcılar şəhəri bombaladıqdan sonra geri qayıdıb. Bu zaman hərbçi “İqla” ilə onlardan birini vurub. Qeyd edək ki, köhnə sovet istehsalı olan “İqla” zenit-raket kompleksnin qiyməti 60-80 min dollar, məhv edilmiş müasir təyyarənin qiyməti isə 40 milyon dollardır.

AzVision.az


Teqlər: İqla  





Xəbər lenti