Qurban Qurbanova bu mükafat veriləcək

Qurban Qurbanova bu mükafat veriləcək
  17 May 2022    Oxunub:1215
Azərbaycan Milli Olimpi­ya Komitəsinin (MOK) Ədalətli Oyunlar Komissiy­asının 2022-ci il üçün ədalətli oyun prinsiplərinə sadiq məşqçi mükafatını alacaq şəxsin adına aydınlıq gəlib
AzVision.az xəbər verir ki, Azərbaycan Milli Olimpiya Komitəsinin vitse-prezidenti Çingiz Hüseynzadə bu barədə bildirib. O, "Qarabağ"ın baş məşqçisi Qurban Qurbanovun Konfrans Liqasının pley-off mərhələsində "Marsel"lə ev oyununda feyr-pley jesti etdiyini xatırladıb və mükafatın ona veriləcəyini deyib: "Artıq bunu əminliklə deyə bilərəm. Qurban Qurbanov "Marsel"lə oyunda möhtəşəm feyr-pley jesti etmişdi".

Xatırladaq ki, “Qarabağ” – “Marsel” oyununda Ağdam təmsilçisinin vurduğu qol hakim tərəfindən qeydə alınmış, baş məşqçi Qurban Qurbanov futbolçularla qısa dialoqdan sonra referiyə qolun qaydalara uyğun olmadan vurulduğunu bildirmiş və qol qərarı ləğv olunmuşdu.

AzVision.az



Teqlər: Mükafat  





Xəbər lenti