Putin İranda PUA-ların alınmasını müzakirə etməyəcək

   Putin İranda PUA-ların alınmasını müzakirə etməyəcək
  13 İyul 2022    Oxunub:622
Rusiya prezidenti Vladimir Putinin iyulun 19-da Tehrana gözlənilən səfəri zamanı pilotsuz uçuş aparatlarının (PUA) satışı müzakirə olunmayacaq.
AzVision.az TASS-a istinadən xəbər verir ki, bunu Rusiya Prezidentinin mətbuat katibi Dmitri Peskov bildirib. Kremlin sözçüsü Putinin İrana səfəri zamanı dronların satışının müzakirə olunub-olunmayacağı ilə bağlı suala “Xeyr” deyib. Peskov bu mövzuda danışmaqdan imtina edib: “Xeyr, bizim bununla bağlı heç bir şərhimiz yoxdur”.

Qeyd edək ki, ABŞ-ın milli təhlükəsizlik üzrə müşaviri Ceyk Sallivan deyib ki, İran Rusiyaya bir neçə yüzə qədər pilotsuz uçuş aparatını təhvil verməyi planlaşdırır.


AzVision.az



Teqlər:





Xəbər lenti