İspaniyada anomal istilərə görə 237 nəfər ölüb

   İspaniyada anomal istilərə görə 237 nəfər ölüb
  16 İyul 2022    Oxunub:1527
İspaniyada müşahidə edilən anomal istilər beş gündə təxminən 240 nəfərin ölümünə səbəb olub.
AzVision.az xəbər verir ki, bu barədə şənbə günü EFE agentliyi məlumat yayıb.

Səhiyyə Nazirliyinə tabe olan III Karlosun Sağlamlıq İnstitutu iyulun 10-dan iyulun 14-nə kimi havanın temperaturunun həddindən artıq yüksək olması səbəbindən krallıqda 237 nəfərin öldüyünü hesablayıb.

İspaniya Dövlət Meteorologiya İdarəsi əksər bölgələrdə hava xəbərdarlığı səviyyəsini sarı (təhlükə) və narıncı (yüksək təhlükə) rəngə qaldırıb. Bəzi əyalətlərdə həyəcan siqnalı ən yüksək həddə - qırmızıya (həddindən artıq təhlükə) qaldırılıb. Ölkədə havanın temperaturu demək olar ki, 45 dərəcəyə qədər yüksələ bilər.

AzVision.az



Teqlər:





Xəbər lenti