BMT İstanbuldakı koordinasiya mərkəzinə nümayəndə təyin edib

   BMT İstanbuldakı koordinasiya mərkəzinə nümayəndə təyin edib
  27 İyul 2022    Oxunub:1477
BMT İstanbulda yaradılan taxıl dəhlizi üzrə Birgə Koordinasiya Mərkəzinə müvəqqəti nümayəndə təyin etdiyini açıqlayıb.
AzVision.az xəbər verir ki, bu barədə BMT baş katibinin sözçüsünün müavini Fərhan Haq jurnalistlərə açıqlamasında deyib. “ABŞ vətəndaşı Frederik Cey Kenni bizim müvəqqəti nümayəndəmiz olacaq, BMT-nin səylərinə rəhbərlik edəcək və tərəflərin səylərini asanlaşdıracaq”.

Kenni hazırda Beynəlxalq Dəniz Təşkilatının hüquq və xarici işlər üzrə direktoru vəzifəsini tutur, bundan əvvəl o, ABŞ Sahil Mühafizəsində hüquqi məsələlərlə məşğul olub və orada kontr-admiral rütbəsinə qədər yüksəlib.

AzVision.az




Teqlər:



Xəbər lenti