Rusiya İrəvana xüsusi avtomobillər verir

Rusiya İrəvana xüsusi avtomobillər verir
  28 İyul 2022    Oxunub:1220
Rusiya hökuməti Ermənistanın Fövqəladə Hallar Nazirliyinə yanğınsöndürən maşınlar verəcək. AzVision.az xəbər verir ki, bu ianə ilə bağlı qərar hökumətin iclasında qəbul edilib.
Qeyd edilir ki, İrəvan 6 xüsusi avtomobil əldə edəcək.

Xatırladaq ki, İrəvana yaxın ərazi olan Balaovit kəndində Rusiya-Ermənistan Humanitar Müdaxilə Mərkəzi fəaliyyət göstərir. Erməni mediası bu xüsusi strateji obyektin digərləri ilə yanaşı, xilasetmə ehtiyacları üçün avadanlıqlarla təchiz olunduğunu yazıb.

Bildirilir ki, Ermənistan və Rusiyanın xilasediciləri davamlı olaraq, o cümlədən Rusiya-Ermənistan Humanitar Müdaxilə Mərkəzi çərçivəsində əməkdaşlıq edirlər.

Tural Tağıyev
AzVision.az



Teqlər: İrəvan   Rusiya   Avtomobil  





Xəbər lenti