"Consonun getməsi ilə Ukrayna ən yaxşı dostunu itirdi"

 "Consonun getməsi ilə Ukrayna ən yaxşı dostunu itirdi"
  28 İyul 2022    Oxunub:1430
Britaniya hökumətinin başçısı Boris Consonun qarşıdan gələn istefası Kiyevi çox narahat edib. Bu barədə “Politico” qəzeti məlumat yayıb. Qəzet qeyd edir ki, Conson və Ukrayna prezidenti Volodimir Zelenski arasındakı sıx əlaqələr Britaniyanın son illərdə Rusiyanın ən qatı rəqiblərindən biri kimi reputasiyasını möhkəmləndirməyə kömək edib.
Çərşənbə axşamı Böyük Britaniyanın Baş naziri Dauninq-stritdə Zelenskiyə Uinston Çörçill Beynəlxalq Mükafatını təqdim edib. Mükafatın keçmiş sahibləri Uels şahzadəsi Çarlz, Böyük Britaniyanın baş nazirləri Marqaret Tetçer və Con Meyjor, ABŞ dövlət katibləri Madlen Olbrayt və Ceyms Beyker olub.

Ukrayna hakimiyyəti Consonun sentyabrda getməsi ilə Londonun ikitərəfli münasibətlərin hazırkı səviyyəsini saxlaya bilməyəcəyindən ehtiyat edir. Consonun yaxın dostları da qorxurlar ki, hakim Mühafizəkarlar Partiyasından olan yeni baş nazir Ukraynadakı münaqişə ilə bağlı daha yumşaq mövqe tuta bilər. Consonun ən uzunmüddətli siyasi müttəfiqlərindən biri Politico-ya bildirib ki, baş nazirin istefası Kiyev üçün “real risklər” yaradır.


AzVision.az



Teqlər:



Xəbər lenti