İran İsfahanda yeni nüvə tədqiqat reaktoru tikəcək

   İran İsfahanda yeni nüvə tədqiqat reaktoru tikəcək
  28 İyul 2022    Oxunub:2369
Rəsmi Tehran bir neçə həftə ərzində İsfahan vilayətində yeni nüvə tədqiqat reaktorunun tikintisinə başlamağı planlaşdırır.
Bunu İranın Atom Enerjisi Təşkilatının (AEOI) rəhbəri, prezidentin müavini Məhəmməd İslami deyib. Onun sözlərinə görə, bu, İranda tədqiqat, qiymətləndirmə, sınaq və nüvə enerjisi istehsalının təmin edilməsi zəncirini bağlayacaq tamamilə yerli layihədir.

İyunun 25-də İslami bəyan edib ki, İran tərəfi 360 meqavat gücündə ilk ümumiran atom elektrik stansiyasının tikintisi üzrə işlərə başlayıb. Hazırda İranda işləyən yeganə atom elektrik stansiyası Rusiya tərəfinin köməyi ilə tikilmiş Buşehr AES-dir.


AzVision.az



Teqlər:



Xəbər lenti