Almaniyada işığa görə əlavə rüsum alınacaq

   Almaniyada işığa görə əlavə rüsum alınacaq
  28 İyul 2022    Oxunub:1429
Rusiyadan qaz idxalının azaldılması ilə bağlı Almaniyada oktyabrın 1-dən etibarən elektrik enerjisi istehlakçılarından əlavə rüsum tutulacaq.
Bu barədə Almaniyanın İqtisadiyyat və İqlimin Mühafizəsi üzrə Nazirliyi açıqlayıb. Qeyd olunub ki, istehlakçılar əlavə rüsumu iki il ərzində ödəyəcək. Rüsumun məbləği qaz idxalçılarının irəli sürəcəyi kompensasiya iddiasından asılı olacaq.


AzVision.az



Teqlər:



Xəbər lenti