İtaliya hərbi xərclərini artıracaq

   İtaliya hərbi xərclərini artıracaq
  28 İyul 2022    Oxunub:1984
İtaliya hərbi xərcləri 16,8 milyard avrodan 18 milyard avroya qədər artıracaq.
Bu barədə İtaliyanın müdafiə naziri Lorenzo Qerininin imzaladığı üç illik planlaşdırma sənədinə istinadən "La Repubblica" qəzeti məlumat yayıb. Xərclər siyahısında İtaliyanın Böyük Britaniya və İsveçlə birlikdə hazırlanmasında iştirak etdiyi gələcək altıncı nəsil Tempest qırıcısı seçilir. Bu proqram üçün əlavə 200 milyon avro ayrılacaq.

Bundan əlavə, bir sıra zirehli texnikanın yaradılması nəzərdə tutulur, on üç il ərzində bu layihəyə 3,74 milyard avro sərmayə qoyulması planlaşdırılır.İtaliya hakimiyyəti həmçinin desant əməliyyatları üçün iki amfibiya gəmisi tikməyi planlaşdırır.


AzVision.az



Teqlər:



Xəbər lenti