Ukraynalı hərbçilər öz əsgərlərini güllələyiblər

   Ukraynalı hərbçilər öz əsgərlərini güllələyiblər
  28 İyul 2022    Oxunub:1040
Ukrayna Ordusunun hərbçiləri öz əsgərlərinə atəş açıblar. AzVision.az xəbər verir ki, bu barədə Rusiya Müdafiə Nazirliyi məlumat yayıb.
"Ukrayna Silahlı Qüvvələrinin 58-ci motoatıcı briqadasının 15-ci batalyonunun "qalıqları" iyulun 25-də "Donetsk Xalq Respublikası"nın Pokrovskoye qəsəbəsindən geri çəkilərkən şiddətli atəşə məruz qalıblar. Onlar Baxmutskoe qəsəbəsi ərazisində ikinci eşalonun mövqelərini tutmuş 118-ci ərazi müdafiə briqadasının silahlıları tərəfindən atəşə tutulublar", - məlumatda deyilir.

Həmçinin nazirliyin yaydığı məlumatda o da qeyd edilir ki, Rusiya aviasiyası Xerson vilayətində 130-dan çox, Artemivskdə isə 70-ə qədər ukraynalı hərbçini dəqiq idarə olunan silahlarla vurub.

Tural Tağıyev
AzVision.az



Teqlər: Ukrayna  





Xəbər lenti