Polşa ÜDM-nin 1%-ni ukraynalı qaçqınlara xərcləyib

Polşa ÜDM-nin 1%-ni ukraynalı qaçqınlara xərcləyib
  28 İyul 2022    Oxunub:1843
Ukraynada böhran başlayandan bəri Polşa hökuməti və vətəndaşları ukraynalı qaçqınlara kömək etmək üçün 25,4 milyard zlot (5,45 milyard avro) xərcləyib ki, bu da respublikanın ÜDM-nin demək olar ki, 1%-ni təşkil edir.
Bu barədə Polşa İqtisadiyyat İnstitutunun direktoru Pyotr Arak bildirib. Onun sözlərinə görə, münaqişənin ilk üç ayı ərzində Polşanın dövlət orqanları və fərdləri tərəfindən qaçqınlara yardım üçün ümumi xərclər 5,45 milyard avroya (25,4 milyard zlot) çatıb ki, bu da 2021-ci ildə Polşa ÜDM-nin 0,97%-nə bərabərdir.

Qeyd olunur ki, ümumi məbləğin təxminən 10 milyard zlotu (2,14 milyard avro) fiziki şəxslər tərəfindən ayrılıb. BMT-nin məlumatına görə, fevralın 24-dən bu yana Ukraynadan Polşaya 4 milyon 608 min 154 qaçqın gəlib.


AzVision.az



Teqlər:



Xəbər lenti