İspaniyada qalmaqal: Daxili işlər və müdafiə nazirləri məhkəmə qarşısında

      İspaniyada qalmaqal:    Daxili işlər və müdafiə nazirləri məhkəmə qarşısında
  28 İyul 2022    Oxunub:1617
İspaniyanın müdafiə naziri Marqarita Robles və daxili işlər naziri Fernando Qrande-Marlaska “Pegasus” casus proqramından istifadə edərək krallığın siyasi xadimlərinin telefonlarının sındırılması ilə bağlı iş üzrə şahid qismində məhkəməyə çağırılıblar.
Bu barədə İspaniya Milli Məhkəmə Kollegiyasının yayılan press-relizində deyilir. Krallığın səlahiyyətli orqanları bildirib ki, İsrailin NSO Qrupu tərəfindən hazırlanmış Pegasus proqramından istifadə etməklə 2021-ci ildə baş nazirin, eləcə də iki departamentin rəhbərlərinin mobil cihazlarına hücum edilib.

Mayın 10-da İspaniya hökuməti 2020-ci ildən kəşfiyyat mərkəzinə rəhbərlik edən Paz Estebanı əvəz edərək Esperanza Kasteleyronun ölkənin Milli Kəşfiyyat Mərkəzinin direktoru təyin edilməsi barədə qərar qəbul etdiyini açıqlayıb.


AzVision.az



Teqlər:



Xəbər lenti