Bayden Çin lideri ilə 2 saat danışıqlar apardı

Bayden Çin lideri ilə 2 saat danışıqlar apardı
  28 İyul 2022    Oxunub:1706
ABŞ prezidenti Co Bayden və Çin lideri Si Cinpin arasında telefon danışığı baş tutub.



AzVision.az xəbər verir ki, bu barədə Ağ Ev məlumat yayıb.



Məlumata görə, danışıqlar 2 saatdan çox davam edib.



Bayden sonuncu dəfə mart ayında Si Cinpin ilə danışıqlar aparıb və Pekinin Rusiya müharibəsinə maddi dəstək verməsinin “nəticələri” barədə xəbərdarlıq edib.



Baydenin vəzifəyə gəldikdən sonra Su ilə keçirdiyi 5-ci görüşdə iki ölkə arasındakı əlaqələr müzakirə edilib.



ABŞ Nümayəndələr Palatasının sədri Nensi Pelosinin Tayvana səfəri son vaxtlar iki ölkə arasında gərginliyə səbəb olub.



Ağ Evin Milli Təhlükəsizlik Şurasının Strateji Kommunikasiyalar Direktoru Con Kirbi dünən verdiyi açıqlamada Çinin Tayvana və Hind-Sakit okean regionuna qarşı “aqressiv mövqeyi”, iqtisadi münasibətlərdəki gərginlik və Çinin Rusiya-Ukrayna müharibəsinə qarşı mövqeyinin müzakirə ediləcəyini bildirib.


Teqlər:



Xəbər lenti