Rusiya BMT TŞ-ın taxıl sazişi ilə bağlı bəyanatını bloklayıb

   Rusiya BMT TŞ-ın taxıl sazişi ilə bağlı bəyanatını bloklayıb
  28 İyul 2022    Oxunub:1505
BMT Təhlükəsizlik Şurası iyulun 22-də imzalanmış “taxıl dəhlizi” üzrə saziş ilə bağlı bəyanatı razılaşdıra bilməyib.
AzVision.az xəbər verir ki, bu barədə “Associated Press” məlumat yayıb.

Məlumata görə, buna Rusiyanın bəyanat layihəsinə etirazı səbəb olub.

Qeyd olunur ki, Rusiya tərəfi bəyanatda BMT-nin baş katibi Antoniu Quterrişin 23-də Odessa limanına raket hücumunu pislədiyinin əks olunması ilə razılaşmır.

AzVision.az



Teqlər:





Xəbər lenti