Kim Çen In nüvə silahı ilə hədələdi

Kim Çen In nüvə silahı ilə hədələdi
  28 İyul 2022    Oxunub:1547
Pxenyan Vaşinqton və Seulla potensial hərbi münaqişələrdə nüvə silahından istifadə etməyə hazırdır.

AzVision.az “Euronews”a istinadən xəbər verir ki, bu barədə Şimali Koreya lideri Kim Çen In Koreya müharibəsinin başa çatmasının 69-cu ildönümünü qeyd edərkən bildirib.

Həmçinin o, Şimali Koreyaya hücum olacağı təqdirdə cənub qonşusunu məhv etməklə hədələyib:

“Seulda hökumətə “quldurlar” rəhbərlik edir və yeni seçilmiş prezident Yun Sok Yol “ara qarışdırandır”.

Qeyd edək ki, bu həftə ABŞ və Cənubi Koreya ordusu “Apaçi” hücum helikopterlərini sınaqdan keçirib. İki ölkənin ənənəvi manevrləri pandemiyanın yaratdığı 3 illik fasilədən sonra bərpa edilib.


Teqlər:



Xəbər lenti