Çin dənizində Nensi fırtınası
// Spikerin səfəri regionu müharibənin kandarına yaxınlaşdırıb
Çin hökuməti bu addıma hərbi yolla cavab veriləcəyini qəti şəkildə bildirərək, regionda aktiv təlimlər keçirir. Məsələ Çin və ABŞ-ın liderlərinin iki saatdan çox sürən telefon danışığı zamanı da müzakirə olunub.
Bu haqda informasiyalar bir neçə gündür ki, ABŞ-ın Hind-Sakit Okean bölgəsində hərbi mövcudluğunu gücləndirməsilə müşayiət olunur. Pentaqon “USS Ronald Reagan” atom avaiadaşıyıcısı gəmisinin zərbə qrupunu Cənubi Çin dənizinə göndərib. Çinin döyüş gəmiləri aviadaşıyıcı qrupu nəzarətdə saxlayırlar.
Tariyel Həsənov
AzVision.az